AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Zəlzələ peyğəmbəri"ndən açıqlama: Bu tarixlərdə 7 və 8 bal gücündə... - FOTO

  • + A
  • - A
  • 3-03-2023, 00:22

    "Zəlzələ peyğəmbəri"ndən açıqlama: Bu tarixlərdə 7 və 8 bal gücündə... - FOTO

    Episentri Kahramanmaraş olan və böyük dağıntılara səbəb olan zəlzələni 3 gün əvvəl sosial media hesabında paylaşan "zəlzələ peyğəmbəri" ləqəbli mütəxəssis Frank Hoogerbeets yeni açıqlaması ilə diqqət çəkib.

    O, qarşıdakı günlərdə, yəni martın ilk həftəsi yenidən güclü zəlzələ olacağını deyib:

    "Yer planeti Merkuri və Saturunla yaxınlaşacaq. Bu da dünyada böyük zəlzələlərin olacağı deməkdir. Mart ayının ilk həftəsi çox kritik dövrdür. Ayın 2-də 9 saat ərzində Yer kürəsinin də daxil olduğu planetar birləşmə(planetlərin birləşməsi) yaşanacaq".
    Frank Hoogerbeets baş verəcək zəlzələnin 7 və 8 baldan çox olacağını deyib:
    "Mən insanlarda qorxu yaratmağa çalışmıram. Müşahidələrimdən belə nəticəyə gəlirəm ki, martın 3-ü və 4-ü tarixlərində böyük seysmik hadisə ola bilər. Bu tarix martın 6 və 7-sinə də dəyişə bilər. Heç nəyi şişirtmirəm. Qorxu yaratmıram. Bu bir xəbərdarlıqdır. Baş verəcək fəlakətin miqyasını və nəticəsini nəzərə alaq. Martın ilk həftəsində 7 və 8 baldan artıq yüksək seysmik hadisə gözlənilir".
    Xatırladaq ki, Frank buna qədər fevralın 3-dəki paylaşımında bildirmişdi ki, Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 bal gücündə zəlzələ olacaq. Daha sonra isə o, Türkiyədə 5-6 bal gücündə təkanların davam edəcəyini və 10 fevralda seysmik dalğalar gözlədiyini açıqlayıb.//BAKU.WS


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR