AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

22 il əvvəl Masallıda törədilmiş quldurluq cinayəti açıldı

  • + A
  • - A
  • 8-03-2023, 10:35

    22 il əvvəl Masallıda törədilmiş quldurluq cinayəti açıldı

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a bildirilib ki, 2001-ci ilin fevral ayının 16-da saat 21 radələrində Masallı rayonunun Yeyenkənd kəndində yaşayan Gülhüseyn Nəcəfovun evinə girmiş 3 nəfər maskalı şəxs onu avtomat və lüləsi kəsilmiş tüfənglə hədələyib 500 ABŞ dolları, rubl (məbləği müəyyənləşdirilir) pul, qızıl üzük və mobil telefonunu alaraq hadisə yerini tərk etmişlər.

    Faktla bağlı elə həmin vaxt CM-nin 181-ci (quldurluq) maddəsilə cinayət işi başlanmışdır.

    Qeyd olunan cinayətin törədilməsilə əlaqədar bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı RPŞ əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə cinayəti törədənlərin şəxsiyyəti müəyyən edilmişdir.

    Belə ki, Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 1964-cü il təvəllüdlü Cəlal Qəhrəmanov tutulmuş, cinayəti törətməkdə şübhəli bilinən digər iki nəfərin - 1967-ci il təvəllüdlü Cümşüd Nəzərovun və 1969-cu il təvəllüdlü Elşən Abbasovun vəfat etmələri məlum olmuşdur.

    Tutulmuş C.Qəhrəmanov 22 il əvvəl birgə törətdikləri quldurluq cinayətini etiraf etmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR