Ehtiyatsızlıq doğmanı da öldürür. Azadmedia.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Hacıyevin açıqlqması sosial şəbəkə izləyiciləri tərəfindən dəhşətli adlandırılıb. Polkovnik-leytenantın sözlərinə görə 2022-ci ildə 17 sürücü həyat yoldaşının, 5 sürücü atasının, 6 sürücü anasının, 3 sürücü qardaşının, 2 sürücü bacısının, 7 sürücü oğlunun, 2 sürücü isə qızının ölümünə səbəb olub. Sürücüdən asılı olan nədir? Hüquq qaydasına əməl etmək! Yaşamaq və yaşatmaq istəyirsənsə, məsuliyyətli olmalısan...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.