AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əl pulemyotu və digər silah satan şəxs saxlandı

  • + A
  • - A
  • 10-03-2023, 11:54

    Əl pulemyotu və digər silah satan şəxs saxlandı

    Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

    Azadmedia.az xəbər verir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş Təbriz Qasımov tutularaq istintaqa təqdim edilib. Onun əlində olan sellofan torbaya baxış keçirilən zaman 1 ədəd “RPK” markalı “Kalaşnikov” konstruksiyalı əl pulemyotu, bir ədəd daraq və 24 ədəd patron aşkar edilib.

    Təbriz Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
    Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR