AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan KTMT baş katibinin müavininin kvotasından imtina edib

  • + A
  • - A
  • 10-03-2023, 22:08

    Ermənistan KTMT baş katibinin müavininin kvotasından imtina edib

    Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan bildirib ki, ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavininə kvotadan imtina ilə bağlı bəyanat təqdim edib. Azadmedia.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

    “Bəli, biz KTMT-yə müvafiq təklif vermişik”, - deyə Ermənistan XİN-in nümayəndəsi bildirib.

    İdarənin nümayəndəsi qərarın təfərrüatlarını və səbəblərini açıqlamayıb.

    Xatırladaq ki, yanvarın əvvəlində Ermənistan KTMT-nin Kollektiv Çevik Reaksiya Qüvvələrinin “Sarsılmaz Qardaşlıq-2023” hərbi təlimlərini öz ərazisində keçirməkdən imtina edib və bu təşkilatı çətin vəziyyətə salıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR