Təbrizin Mənzəriyyə məhəlləsində yaşayış massivində baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bu barədə Şərqi Azərbaycan vilayətinin Təcili Yardım Şöbəsinin sözçüsü Vəhid Şadi İRNA xəbər agentliyinə bildirib ki, hadisə yerli vaxtla səhər saat 3-də baş verib, nəticədə 7 nəfər ölüb, daha 5 nəfər yaralanıb. Yaralananların ikisinin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Partlayışın ilk saatlarında dağıntılar altından 5 cəsəd çıxarılsa da, günorta saatlarında İran mediası bir kişi və bir qadının cəsədinin çıxarıldığını və bu hadisədə ölənlərin sayının 7-yə çatdığını bildirib.
Rəsmilərin dediyinə görə, 100-ə yaxın yaşayış binasına ziyan dəyib, 3 yaşayış binası da tamamilə dağılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.