Metronun vestibülündə həyəcanlı anlar yaşanıb.
Azadmedia.az xəbər verir ki, "Gənclik" stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb. Nəticədə maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib. Bakı Metropoliteninin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, dezinfeksiya məqsədilə istifadə olunmaq üçün xlor maddəsi toz halında paketdə olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.