AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə ordusu İraqda 2 şəhid verdi

  • + A
  • - A
  • 3-06-2018, 10:49

    Türkiyə ordusu İraqda 2 şəhid verdi













    İraqın şimalında yol tikintisi zamanı PKK terrorçuları tərəfindən Türkiyənin hərbi iş maşınına minaatanlardan hücum olub.
    Türkiyə mediası xəbər verir ki, hücum nəticəsində 2 əsgər şəhid olub, 1 əsgər isə ağır yaralanıb.

    Məlumatı Türkiyə Silahlı Qüvvələri də təsdiqləyib.
    Rəsmi məlumatda deyilir ki, iyunun 2-də İraqın şimalında yol tikintisi zamanı hərbi iş maşınına separatçı terror təşkilatı mənsubları tərəfindən həyata keçirilən hücum nəticəsində, iki silah dostumuz şəhid olub, biri isə ağır yaralanıb.

    Türkiyə Silahlı Qüvvələri şəhid olan və yaralanan əsgərlərin ailələrinə başsağlığı verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR