Türkiyədə seçki məntəqəsində atışma — “Qan davalı” ailələr atışdı, ölənlər var
Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament və prezident seçkiləri zamanı ölümlə nəticələnən silahlı insident baş verib.
Türkiyə mətbuatı xəbər verir ki, hadisə Ərzurumda baş verib. Belə ki, aralarında “qan davası” olan 2 ailə arasında səsvermə zamanı münaqişə yaranıb.
Hınıs Cümhuriyyət Baş Prokurorluğundan verilən açıqlamaya görə, insident 15:00 radələrində olub. Bildirilib ki, seçki məntəqəsində silahlar işə düşüb, 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Məlumata görə, dava 5 il əvvəl Qarayazi əyalətində “Y” ailəsindən olan bir qadın ilə “D” ailəsindən bir kişinin öldürülməsi səbəbilə yaranmış “qan davası”na görə düşüb.
“Y” ailəsindən olan bir nəfər səsverməyə gəldiyi vaxt məntəqədə olan digər ailədən bir şəxs onu təhqir edib. Dava da bundan sonra böyüyüb. Ailələr arasındakı silahlı atışma isə növbəti dəfə ölümlə nəticələnib.