AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ramil Usubov polis zabitini işdən qovdu - Sürücü şikayətinə görə

  • + A
  • - A
  • 15-02-2017, 13:24

    Ramil Usubov polis zabitini işdən qovdu - Sürücü şikayətinə görə

























    Daxili işlər naziri Ramil Usubov haqqında şikayət edilən Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşını işdən qovub

    2017-ci ilin yanvar ayında Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ilə öz şəxsi avtomobiliylə hərəkət edən Həbib Nuruşov adlı Bakı sakini həmin vaxt ərazidə xidmət aparan yol polisləri tərəfindən saxlanılıb. Onun idarə etdiyi BMW markalı 10 VP 102 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasına səbəb isə yol hərəkəti qaydalarını pozması olub. H. Nuruşov ona yaxınlaşan Vüqar Abbasov və Vüsal Nəcəfov adlı polis əməkdaşlarına qaydanı pozduğunu etiraf edib və buna görə cəriməni ödəməyə hazır olduğunu deyib.

    Sürücü polislərdən "eyni yol hərəkəti qaydasını məndən əvvəl və sonra pozan sürücüləri hansı səbəbdən saxlamırsınız” sualını verdikdə isə təhqir edilib. Yol polisləri H. Nuruşova vəziyyəti izah etmək əvəzinə, kobud şəkildə "əcəb edirəm, lap gözünü də tökürəm, sözün var? Get kimə istiyirsən de!”, - deyə cavab veriblər.

    Həbib Nuruşovun vəkili, hüquq müdafiəçisi Səməd Vəkilov saytımıza açıqlamasında bildirib ki, bununla bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlanıb. Bundan sonra isə Bakı şəhər Baş Polis İdarəsindən sürücünün müraciətinə cavab verilib. Cavab məktubunda qeyd olunub ki, şikayət olunan polis zabitlərini əməlləri araşdırılıb və polis zabitlərindən biri Vüqar Abbasovun işdən azad edilməsiylə bağlı qərar verilib.

    Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, həmin polis zabiti ilə bağlı dəfələrlə şikayət edilib. (bakupost)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR