Masallı, 18 noyabr — Azadmedia.az
Masallı rayonu sakinindən odlu silah və narkotik aşkarlanıb.
DİN-dən Azadmedia.az-ın cənub bürosuna daxil olan məlumata görə, Masallı Rayonu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən rayonun Boradigah qəsəbə sakini Zaur Rufullayev saxlanılıb.
Belə ki, keçirilən baxış zamanı onun yaşadığı evdən 1 ədəd yivli odlu silah olan TOZ-8 markalı tüfəng, üzərindən isə həmin silaha aid patron və heroin aşkarlanaraq götürülüb.
Həmçinin məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.