DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən profilaktiki tədbirlər müsbət nəticələnir. Qeyd olunan tədbirlərlə qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilir. Gün ərzində polis əməkdaşları tərəfindən 4 ədəd tüfəng təhvil götürülüb.
Bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində 1 ədəd “Toz-8” markalı yivli silah, 4 ədəd patron darağı və 150 ədəd güllə aşkar ediblər.
Faktlar üzrə Xaçmaz RPŞ-də müvafiq araşdırmalar aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.