Xəbər verdiyimiz kimi, dekabrın 16-da Ələt-Astara magistralında iki TIR-ın toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.
Qəzaya düşən ağırtonnajlı yük avtomobillərindən birinin “Səba” şirkətinə məxsus olması məlum olub. Hadisə zamanı şirkətin 28 yaşlı əməkdaşı Vüqar Əsgərli aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, qəza zamanı TIR-da olan toyuq məhsulları ətrafa dağılıb və magistral yolda hərəkət bir müddət dayanıb.
Vəfat edən şirkət əməkdaşının fotosunu təqdim edirik:(“Qafqazinfo”)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.