AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda kənddaxili küçə asfalt örtüyü ilə döşəndi

  • + A
  • - A
  • Bu gün, 20:28

    Masallıda kənddaxili küçə asfalt örtüyü ilə döşəndi

    Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işləri aparılmaqdadır.
    Belə ki, Tüklə ərazisinin Məmmədoba kəndində Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü və kənd xeyriyyəçilərinin maddi dəstəyi ilə 47 saylı Yol İstismarı MMC tərəfindən kənddaxili küçəyə 700 metr məsafədə asfalt örtüyünün döşənməsi işlərinə başlanılmışdır.

    10 sentyabr 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəliyi, bələdiyyə, media nümayəndələri və kənd sakinləri birlikdə rayonun Məmmədoba kəndində kənddaxili küçəyə asfalt örtüyünün döşənməsi işləri ilə yerində tanış olmuşlar.


    Rayon rəhbərinə 47 saylı Yol İstismarı MMC-nin rəisi Mahmud Bağırov yolda aparılan işlərlə bağlı geniş məlumat vermişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR