AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şamaxıda qohumlar arasında ədavət faciə ilə bitdi - Yenilənib

  • + A
  • - A
  • 21-12-2023, 22:48

    Şamaxıda qohumlar arasında ədavət faciə ilə bitdi - Yenilənib

    Dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il təvəllüdlü Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib. 

    DİN-in mətbuat xidmətindən bildirilib ki, S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb. 

    S.Manafov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. O, polis əməkdaşıdır.

    ***

    Araşdırma zamanı 1990-cı il təvəllüdlü Saday Manafovun aralarındakı şəxsi münasibətləri zəminində qohumu Rəfail Feyzullayevi silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. S. Manafov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR