Lənkəran şəhərində 8 otaqlı ev yanıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Lənkəran şəhərinin Daştatük kəndində ümumi sahəsi 290 m² (hər mərtəbəsi 145 m²) olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 145 m² sahədən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.