AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dəmqazından zəhərlənən jurnalistdən xəbər var

  • + A
  • - A
  • 6-01-2024, 23:09

    Dəmqazından zəhərlənən jurnalistdən xəbər var

    Bu gün Naxçıvanda yaşayan və Naxçıvan TV-də fəaliyyət göstərən Ruhiyyə Rəsulova və 2 qız övladı dəmqazından zəhərlənərək xəstəxanaya çatdırılıblar.
    "Şərq Qapısı" qəzetinin yaydığı məlumatda deyilirdi ki, Naxçıvanda dəm qazdan 3 nəfər zəhərlənib.
    Hadisə bugün Naxçıvan şəhərində qeydə alınıb. Belə ki, şəhər sakinləri 1977-ci il təvəllüdlü Rəsulova Ruhiyyə Hacı qızı və qızları 2000-ci il təvəllüdlü Mirzəyeva Jalə Vüqar qızı və 2011-ci təvəllüdlü Mirzəyeva Fidan Vüqar qızı evdə dəm qazından zəhələniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
    Faktla bağlı araşdırma aparılır.
    Azadmedia.az-ın əməkdaşı az öncə Ruhiyyə xanımla əlaqə saxlayıb, səhhətləri ilə maraqlanıb. Jurnalist xanım bildirib ki, vəziyyətləri həkimlərin səyi nəticəsində nisbətən yaxşıdır.
    Evə dəmqazının sızmasına səbəb Sopen markalı suqızdırıcı olub.
    Allah şəfa versin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR