AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aygün Bəylərin qardaşı dəfnə buraxılmadı - SƏBƏB

  • + A
  • - A
  • 8-01-2024, 13:40

    Aygün Bəylərin qardaşı dəfnə buraxılmadı - SƏBƏB

    Xəbər verdiyimiz kimi, Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi keçirilir.

    Manset.az-ın məlumatına görə, sənətçinin həbsdə olan qardaşı Abbas Hümmətova bacısının dəfn mərasimində iştirak üçün icazə verilməyib.

    Pentensiar Xidmətdən bildirilib ki, A.Hümmətovun törətdiyi cinayətin ağırlıq dərəcəsi nəzərə alınaraq, adıçəkilən məhkumun bacısının dəfnində iştirakı imkan xaricindədir. Onun cəzaçəkmə müəssisəsinin hüdudlarından kənara buraxılması üçün əsaslar müəyyən edilməyib.

    Qeyd edək ki, Abbas Hümmətov Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovla birlikdə 2013-cü ilin iyunun 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovu qətlə yetirərək Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar. Hüquq- mühafizə orqanları əməkdaşları tərəfindən cinayətin üstü açılıb. Məhkəmənin hökmü ilə Abbas Hümmətov 14 il müddətə həbs edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR