AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lerik sakinindən silah-sursat və narkotik aşkarlanıb

  • + A
  • - A
  • 12-01-2024, 08:55

    Lerik sakinindən silah-sursat və narkotik aşkarlanıb


    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nicat Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin Lerik şəhəri ərazisindəki zibil poliqonunda yerləşən köhnə tikilinin damında gizlətdiyi "AK-74" markalı avtomat, həmin silaha aid daraq, 17 ədəd patron və sellofan bükümdə marixuana aşkarlanaraq götürülüb. N.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR