Bakı-Milan reysini həyata keçirən hava gəmisi məcburi eniş edib. Azadmedia.az xəbər verir ki, məlumat "Azərbaycan Hava Yolları" aviaşirkəti tərəfindən təsdiqlənib. Bildirilib ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin AHY-035 nömrəli Bakı-Milan reysini həyata keçirən hava gəmisinin kapitanı hava şəraiti (qatı duman) ilə əlaqədar olaraq ehtiyat hava limanına enməyə qərar verib. "Airbus A320" təyyarəsi yerli vaxtla saat 13:10-da Milan-Linate Beynəlxalq Hava Limanına eniş edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.