AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Abşeronda məktəblini “tok” vurub öldürdü — Atası xəstəxananın həyətində basdırdı

  • + A
  • - A
  • 7-09-2018, 10:37

    Abşeronda məktəblini “tok” vurub öldürdü — Atası xəstəxananın həyətində basdırdı















    Abşeron rayonunda 15 yaşlı məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

    Report məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

    Belə ki, Abşeron rayonu, Saray qəsəbəsinin sakini, 2003-cü il təvəllüdlü Asim Məmmədovu elektrik cərəyanı vurub. O, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, Asim Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Lakin ata ovladının ölümünə inanmayaraq onu xəstəxananın həyətində basdırıb. Nəticədə hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Bir neçə saatdan sonra oğlunun öldüyünü qəbul edən ata meyiti çıxararaq aparıb.

    Qeyd edək ki, A.Məmmədov Abşeron rayon Saray qəsəbə A.Müzəffərov adına 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR