AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AFFA Premyer Liqa klublarını cərimələdi

  • + A
  • - A
  • 30-10-2024, 13:41

    AFFA Premyer Liqa klublarını cərimələdi

    AFFA İntizam Komitəsi Misli Premyer Liqasında çıxış edən dörd klubu cərimələyib.

    "Turan Tovuz" XI turda "Kəpəz"ə qalib gəldiyi (2:1) matçda beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

    Gəncə klubu da eyni sayda oyunçusu vərəqə gördüyünə görə həmin məbləğdə ziyana düşüb. Komitə "sarı-göylər"ə əlavə olaraq 500 manat cərimə də kəsib. Buna Dioqo Verdaskanın ikinci sarı vərəqənı alaraq meydandan qovulması səbəb olub. Futbolçuya bir oyunluq cəza tətbiq edilib.

    "Səbail" və "Sumqayıt" klubları da 700 manat cərimələniblər. "Gənclik şəhəri" təmsilçisinin qələbə qazandığı (1:0) görüşdə hər iki komandanın dörd futbolçusu sarı vərəqə ilə cəzalandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR