Özil üç ölkədə toy edəcək
“Arsenal”ın türk əsilli futbolçusu Məsut Özil və aktrisa Əminə Gülşə ailə qurmağa hazırlaşır.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük futbolçunun doğulduğu Almaniyada, Əminənin dünyaya göz açdığı İsveçdə və qohumlarının yaşadığı Türkiyədə toy mərasimi təşkil edəcək.
Hər 3 toyun cütlüyə 1 milyon lirəyə (təxminən 310 min manat) başa gləcəyi bildirilir.
Aktrisanın toydan sonra sənətinə davam edəcəyi ancaq öpüşmə səhnələrində çəkilməyəcəyi vurğulanıb.
Qeyd edək ki, cütlük ötən il nişanlanıb.