AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polşa XİN Rusiyaya etiraz notası göndərib

  • + A
  • - A
  • Bu gün, 19:18

    Polşa XİN Rusiyaya etiraz notası göndərib

    Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqində pilotsuz uçuş aparatının düşməsi ilə bağlı Rusiya tərəfinə etiraz notası göndərib.

    Bu barədə xarici siyasət qurumunun saytında məlumat verilib.

    Sənəddə Polşa hökuməti Rusiyanı qəsdən təxribat törətməkdə və Polşanın suverenliyinə hörmətlə bağlı öhdəlikləri pozmaqda ittiham edir.

    Xatırladaq ki, avqustun 20-də polis Polşanın şərqindəki Lyublin voyevodalığının Osinı kəndində qarğıdalı tarlasında təxminən saat 02:00-da (Bakı vaxtı ilə 04:00) partlayış baş verməsi barədə məlumat vermişdi. Partlayış dalğası yaxınlıqdakı evlərin pəncərələrini qırıb, xəsarət alan olmayıb. Regional prokurorluğun nümayəndəsi qeyd edib ki, istintaq Belarusla sərhəddən 100 km aralıda qarğıdalı tarlasında qəzaya uğrayan pilotsuz uçuş aparatının istehsalçısını və növünü hələ müəyyən edə bilməyib. Buna baxmayaraq, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış dronun Rusiyaya məxsus olduğunu iddia edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR