“Yuventus”un portuqaliyalı futbolçusu Kriştiano Ronaldo növbəti dəfə xeyriyyə addımı ilə gündəmdədir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu Fələstində Ramazan ayı boyunca iftar yeməkləri üçün 1 milyon 500 min avro bağışlayıb.
Xatırladaq ki, Ronaldo daha əvvəl fələstinli uşaqlara yardımları ilə gündəmə gəlmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.