AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rus turistlərə Avropadan yeni zərbə: Şengen vizası üçün hərbi bilet tələb oluna bilər!

  • + A
  • - A
  • Bu gün, 10:45

    Rus turistlərə Avropadan yeni zərbə: Şengen vizası üçün hərbi bilet tələb oluna bilər!


    Avropa İttifaqı Rusiya vətəndaşları üçün Şengen vizası qaydalarını sərtləşdirməyə hazırlaşır. Avropa Komissiyası təqdim etdiyi yeni tövsiyələrdə rusiyalı turistlərdən hərbi bilet tələb olunmasını və hərbi xidmətlə bağlı əlavə məlumatların yoxlanılmasını təklif edib.

    Yeni qaydalara əsasən, viza müraciəti edən Rusiya vətəndaşları hərbi xidmət keçib-keçmədikləri barədə xüsusi anket doldurmalı, təqdim etdikləri məlumatların doğruluğunu təsdiqləməli və hərbi biletlərini təqdim etməlidirlər.

    Bundan başqa, 2022-ci il fevralın 24-dən sonra Rusiya ordusunda və ya onunla əlaqəli silahlı birləşmələrdə xidmət etmiş, döyüş əməliyyatlarında birbaşa iştirak etmiş şəxslərin Aİ-yə girişinin qadağan edilməsi təklif olunur.

    Avropa Komissiyası həmçinin Aİ ölkələrinə biometrik olmayan Rusiya pasportlarını tanımamağı və Şengen zonasının sərhədlərində Rusiya vətəndaşlarına qarşı daha ciddi yoxlamalar aparmağı tövsiyə edib.

    Qeyd edək ki, söhbət hələlik Avropa Komissiyasının üzv ölkələrə ünvanladığı tövsiyələrdən gedir. Bu tədbirlərin tətbiqi ilə bağlı qərarlar Aİ üzv dövlətləri tərəfindən veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR