“Beşiktaş”ın prezidenti Fikrət Orman 7 illik postunu tərk edib.
O, keçirdiyi mətbuat konfransında qərarını açıqlayıb.
F.Orman hazırda klubda qalmağının “Beşiktaş”a zərər verdiyini və bu səbəblə prezident kimi fəaliyyətini başa vurduğunu söyləyib.
Klubun 2 ildir çempion ola bilməməsi və bu mövsüm qeyri-sabit çıxışı səbəbindən azarkeşlərin də tənqid hədəfinə çevrilən Fikrət Orman yorulmadığını, lakin baş verənlərdən üzüldüyünü və incidiyini bildirib.
Qeyd edək ki, sentyabrın 25-də klubun İdarə Heyətinin növbədənkənar iclası keçiriləcək və klubun gələcəyi müzakirə ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.