AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli üzvü məğlubiyyəti kənardan izlədi

  • + A
  • - A
  • 9-12-2019, 09:39

    Milli üzvü məğlubiyyəti kənardan izlədi


    Futbol üzrə Portuqaliya çempionatında 13-cü turun oyunları keçirilib.

    Oxu.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” da növbəti matçına çıxıb.

    Sözügedən kollektiv doğma meydanda “Setubal”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

    Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

    Qeyd edək ki, Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 8 xalla 18 kollektiv arasında 17-cidi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR