AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bavariya"nın məşqində əlbəyaxa dava düşdü — Boatenq yumruq atdı

  • + A
  • - A
  • 30-01-2020, 09:36

    "Bavariya"nın məşqində əlbəyaxa dava düşdü — Boatenq yumruq atdı



    "Bavariya"nın bugünkü məşqi xoşagəlməz hadisə ilə yadda qalıb.
    Apasport.az xəbər verir ki, futbolçular arasında əlbəyaxa dava düşüb.
    Bir epizodda yarımmüdafiəçi Leon Qoretskanın topsuz olan müdafiəçi Jerom Boatenqə qarşı sərt oynaması ikincini özündən çıxarıb. Nəticədə komanda yoldaşının üzərinə şığıyan Boatenq onun sifətinə yumruqla vurub. Qoretskanın buna qarşılıq verməsinə araya girən digər futbolçular mane olublar.

    Hadisədən sonra komandanın veteranları Tomas Müller və Robert Levandovski hər iki oyunçuya sərt şəkildə xəbərdarlıq edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR