AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Güləş Federasiyası: “Rəsul Çunayevlə aramızda problem yoxdur”

  • + A
  • - A
  • 8-08-2017, 09:12

    Güləş Federasiyası: “Rəsul Çunayevlə aramızda problem yoxdur”














    “Güləş Federasiyasının Rəsul Çunayevlə, eləcə də digər güləşçilərlə heç bir problemi yoxdur. Hazırda hər şey qaydasındadır”

    Bunu AzVision.az-a federasiyanın mətbuat xidmətinin rəhbəri Mayis Musayev deyib.

    Onun sözlərinə görə, yığma komandanın sərbəst və yunan-Roma güləşi üzrə idmançıları hazırda dünya çempionatına hazırlıqla bağlı təlim- məşq toplanışındadırlar.

    “Güləşçilərimiz məşqlərdə iştirak edirlər. Ayın 18-dən sonra dünya çempionatına yola düşəcəklər. Hazırda hər şey qaydasındadır. İdmançılarla heç problemimiz yoxdur”.

    Mətbuat katibi güləşçi Rəsul Çunayevin dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

    “Heyət hələ tam müəyyənləşməyib. Ona görə dəqiq məlumat verə bilmərəm. Böyük ehtimalla Çunayev dünya çempionatında iştirak edəcək. Hazırda o, təlim -məşq toplanışında iştirak edir”.

    Rəsul Çunayevin şəxsi məşçisi İsmayıl Çopsiyev açıqlamasında tələbəsi ilə federasiya arasında münasibətlərin qaydasında olduğunu deyib.

    “Çunayevlə Güləş Federasiyanın münasibəti qaydasındadır. Rəsul dünya çempionatına hazırlaşır. Hər gün məşqlərdə olur. Buna görə də başı qarışıqdır”.

    Qeyd edək ki, bir neçə gün əvvəl başda Rəsul Çunayev olmaqla Azərbaycanın tanınmış güləşçiləri Güləş Federasiyasının idmançılara qarşı biganəliyinə etiraz etmişdilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR