AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan boksçusu 1/8 finala yüksəldi - Tokio-2020

  • + A
  • - A
  • 25-07-2021, 10:20

    Azərbaycan boksçusu 1/8 finala yüksəldi - Tokio-2020

    Azərbaycan yığmasının daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

    AzadMedia.az xəbər verir ki. boks millimizin üzvü Cavid Çələbiyev yarışa start verib.

    63 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz 1/16 final mərhələsində qüvvəsini sınayıb.

    25 iyul
    1/16 final
    63 kq
    Cavid ilk döyüşündə Ukrayna boksçususu Yaroslov Hartsizlə görüşüb. Qarşılaşmanın ilk saniyələrindən fəallıq nümayiş etdirən dünya çempionumuz inamlı qələbə qazanıb - 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28)

    O, 1/8 finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də, Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.

    Qeyd edək ki, bunadək boks yığmamızın üç üzvü rinqə çıxıb. Məhəmməd Abdullayev (+91 kq) 1/16 final səddini adlayıbsa, Tayfur Əliyevlə (57 kq) Lorenzo Sotomayor (69 kq) mübarizəni dayandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR