AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın 3 güləşçisi dünya ikincisi oldu

  • + A
  • - A
  • 17-08-2021, 19:38


    Azərbaycanın daha bir sərbəst güləşçisi Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında final görüşünə çıxıb.

    79 kq-da Əşrəf Aşırov qızıl medal uğrunda iranlı Məhəmməd Noxodilarimi ilə qüvvəsini sınayıb.

    Yekunda 5:7 hesabı ilə məğlub olan Aşırov dünya ikincisi olub.


    Azərbaycanın daha bir sərbəst güləşçisi Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında qızıl medal görüşünə çıxıb.

    70 kq-da yarışan Cəbrayıl Hacıyev finalda iranlı İrfan Elahi ilə üz-üzə gəlib.

    Rəqibinə 5:6 hesabı ilə uduzan Hacıyev gümüş medal qazanıb.

    ***

    Azərbaycanın sərbəst güləşçisi Zirəddin Bayramov Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında final görüşünə çıxıb.

    65 kq çəki dərəcəsində çıxış edən idmançı rusiyalı Şamil Məmmədov ilə qarşılaşıb.

    İlk xalı Bayramov qazansa da, yekunda 1:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

    Qeyd edək ki, 57 kq-dakı Nurəddin Novruzov 3-cü yer uğrunda qarşılaşmada qazaxıstanlı Assiljan Yessengeldiyə 6:12 hesabı ilə məğlub olaraq, medalsız qalıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR