AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qərar verdi: "Barselona" La Liqadan qovulur

  • + A
  • - A
  • 11-09-2017, 14:59

    Qərar verdi: "Barselona" La Liqadan qovulur














    Oktyabrın 1-də Kataloniyada müstəqillik referendumu keçiriləcək. Fanat.Az xəbər verir ki, refendumunda bölgənin müstəqilliyinə qərar verilsə, "Barselona" və "Espanyol" La Liqadan çıxarılacaq.

    Bu barədə açıqlama verən İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas "Kataloniya 1 oktyabr referendumu nəticəsində müstəqilliyini elan edərsə, La Liqada oynaya bilməz" deyib.

    Bəs vəziyyət belə olarsa, "Barselona" hansı liqada oynayacaq. Kataloniyada keçirilən sorğuda yerli əhali öz liqalarında oynamağın tərəfdarı olduqlarını bildiriblər. "Ec Chiringuito TV"nin keçirdiyi sorğuda kataloniyalılara "Barselona" hansı liqada oynamalıdı?" skalı verilib. Variant olaraq da Kataloniya Liqası, La Liqa və Fransa Liqa 1-i təqdim olunub. Sorğu iştirakçılarının 51 faizi Kataloniya Liqasını seçib.

    Kataloniyalılar öz liqalarını quracaqları halda, bu çempionatın önəmli klubları "Barselona" və "Espanyol" olacaq. İki klubdan başqa daha 18 komandanın liqada yer alması gözlənilir:

    1. Barselona
    2. Espanyol
    3. Serdanyola
    4- Hospitalet
    5. Manlleu
    6. Kornella
    7- Jimnastik
    8- Terrasa
    9. Lleyda Esportiu
    10. Olot
    11. Reus
    12. Sant Andreu
    13. Badalona
    14. Sabadell
    15. Fiqueres
    16. Llaqostera
    17. Palamos
    18. Girona
    19- Peralada
    20. Vilafransiya

    Kataloniya müstəqilliyini elan etsə, milli komandada formalaşacaq. Milli komandanın ehtimal edilən ilk "11-liy"i belə olacaq:

    Jordi Masip
    Aleyks Vidal
    Cerard Pike
    Mark Bartra
    Jordi Alba
    Serxio Boskets
    Xavi Pernandes
    Serj Roberto
    Cerard Deulofeu
    Kesk Fabreqas
    Conatan Soriano


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR