«Qəbələ»nin futbolçuları arasında dava
"Qəbələ" və "Neftçi" komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının VI tur matçından sonra insident baş verib.
Final fitinin ardından meydan sahiblərinin futbolçuları Ruslan Qurbanovla Stiven Jozef-Monroz bir-birinin üzərinə yeriyib.
Tərəflərin müdaxiləsindən sonra ara sakitləşib. Baş hakim Fariz Yusifov isə Monroza qırmızı vərəqə göstərib. İnsidentin səbəbi bilinmir.
Qeyd edək ki, görüş "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 2:1.