Rəşad Sadıqov millidən gedir - Kapitanın sonuncu matçı...
Futbol üzrə Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov yığma karyerası ilə bağlı vacib qərar qəbul edib.
Yenicag.az xəbər verir ki, təcrübəli kapitan milli ilə vidalaşır.
35 yaşlı futbolçu üçün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya ilə matçın sonuncu olacağı bildirilir.
Qeyd edək ki, sözügedın qarşılaşma oktyabrın 5-i, Bakı Olimpiya Stadionunda baş tutacaq.
Onu da bildirək ki, Rəşad Sadıqov 2001-ci ildən əsas millimizdə çıxış edir.