Azərbaycan çempionatı ciddi deyil” — Baş məşqçi, FOTO
Belarusun qadınlardan ibarət həndbol milli komandasının baş məşqçisi Tomaj Çater Azərbaycanın “Azərsu” klubuna transfer olan yetirməsi Kristina Ozolinanı seçimini tənqid edib.
AZTB.info-nun “Qafqazinfo”ya istinadən məlumatına görə, o, Azərbaycanda həndbolun səviyyəsinin çox aşağı olduğunu bildirib.
“Uzun müddət Kristina üçün mübarizə apardıq. Ona Belarusun pasportunu aldıq. Bütün bunlara baxmayaraq Ozolina yanlış addım atdı. Mən buna görə məyusam. Azərbaycan çempionatının səviyyəsi aşağıdır. Ora ciddi liqa deyil”, - deyə Kristina Ozolina qeyd edib.