AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Pekin-2022” Qış Paralimpiya Oyunları başa çatıb

  • + A
  • - A
  • 13-03-2022, 17:20

    “Pekin-2022” Qış Paralimpiya Oyunları başa çatıb


    Çinin paytaxtı Pekində keçirilən 13-cü “Pekin-2022” Qış Paralimpiya Oyunları başa çatıb.

    Martın 4-də başlayan Qış Paralimpiya Oyunlarında 46 ölkədən təxminən 564 paralimpiyaçı iştirak edib. Azərbaycan, İsrail və Puerto Riko ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunub.

    Paralimpiyaçılar 6 növ üzrə 78 dəst medal uğrunda mübarizə aparıblar. Ev sahibi Çin 18 qızıl, 20 gümüş və 23 bürünc medalla birinci, Ukrayna 11 qızıl, 10 gümüş və 8 bürünc medalla ikinci, Kanada 8 qızıl, 6 gümüş və 11 bürünc medalla üçüncü sırada bitirib.

    Oyunlarda ümumilikdə 19 ölkənin paralimpiyaçıları medal qazanıblar. Paralimpiya Oyunları tarixində ilk dəfə bir Asiya ölkəsi medal sıralamasına görə qalib olub.

    “Pekin-2022” Qış Olimpiya Oyunlarında istifadə olunmuş arenaların bir neçəsi və “Olimpiya kəndləri” uyğunlaşdırılaraq Paralimpiya Oyunlarında da istifadə olunub.

    Qeyd edək ki, Qış Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən Mehman Ramazanzadə martın 9-da yarışdan əvvəl sonuncu məşqdə aldığı ağır zədə nəticəsində mübarizəyə qoşula bilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR