AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün İtaliyada "Roma" "Qarabağ"ı qəbul edəcək

  • + A
  • - A
  • 5-12-2017, 13:19

    Bu gün İtaliyada "Roma" "Qarabağ"ı qəbul edəcək














    Bu gün “Qarabağ” komandası 2017/18 mövsümündə Çempionlar Liqasında son oyununu keçirəcək.
    “Ölkə.Az” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin VI turu çərçivəsində “Roma”nın qonağı olacaq.

    Cari mövsümdə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşən “Qarabağ” burada keçirdiyi 5 oyundan 3-də uduzub. Ağdamlılar İngiltərə çempionu “Çelsi”yə həm evdə, həm də səfərdə (0:6, 0:4), “Roma”ya isə Bakıda məğlub olub (1:2). Azərbaycan Premyer Liqasının qalibi yalnız İspaniya “Atletiko”suna hər iki görüşdə gücünü göstərə bilib. Buna rəğmən, artıq “Qarabağ”ın qrup sonuncusu olması dəqiqləşib.
    Romada baş tutacaq görüş Ağdam klubu üçün formal xarakter daşısa da, imic baxımından önməlidir. “Köhlən atlar” ilk dəfə mübarizə apardıqları turnirdən müsbət təəssüratlarla ayrılmaq istəyirlər. Meydan sahiblərinin durumu isə fərqlidir. “Canavarlar” qalib gəlməklə, 1/8 finala vəsiqəni təmin edəcəklər. “Roma” uduzsa və ya heç-heçə etsə belə, pley-offa yüksələ bilər. Bunun üçün “Atletiko”nun Londonda “Çelsi”yə qalib gəlməməsi şərtdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR