UEFA polis, hakimiyyət orqanları və Fransa Futbol Federasiyası ilə birlikdə Çempionlar Liqasının finalından öncə baş verən iğtişaşları araşdıracaq.
Məlumatı qitə futbol qurumunun mətbuat xidməti yayıb.
Parisdə İngiltərənin “Liverpul” və İspaniyanın “Real Madrid” komandaları arasında Çempionlar Liqasının final matçının başlanması stadionun girişində azarkeşlərin təhlükəsizliyi ilə bağlı yaranan problemlər səbəbindən 37 dəqiqə gecikib.
“Oyundan əvvəl saxta bilet alan minlərlə azarkeş turniketləri bağlayıb. Bu, izdihamlı azarkeşlərin içəri girməyə çalışmasına səbəb olub. Oyun başlayandan sonra stadiondan kənarda insanların sayı artmaqda davam etdiyi üçün polis onları gözyaşardıcı qazdan istifadə edərək dağıdıb və stadionu tərk etməyə məcbur edib. UEFA bu hadisələrdən zərər çəkənlərə görə təəssüf hissi keçirir və təcili olaraq Fransa polisi, hakimiyyət orqanları, eləcə də Fransa Futbol Federasiyası ilə bu problemləri həll edəcək”, - press-relizdə deyilir.//fanat.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.