Gürcüstanlı idmançı ilk dəfə sumo üzrə Tokio turnirinin qalibi olub — FOTO
Gürcüstanlı idmançı Toçinoşin ilk dəfə sumo üzrə Tokio turnirinin qalibi olub.
AZTB.info xəbər verir ki, əsl adı Levan Qorqadze olan bu 30 yaşlı idmançı 15 gün davam edən böyük dəbilqə turnirinin 14-cü günündə 13-cü qələbəsini qazanıb. Onun ən yaxın rəqibi üç dəfə məğlub olub.
Bununla gürcüstanlı idmançı ilk dəfə Tokioda təşkil olunan turnirin qalibi adını qazanıb.