AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çempionlar Liqası: “Mançester Siti” “Bavariya”nı qəbul edəcək, “İnter” Lissabon səfərində - AFİŞA

  • + A
  • - A
  • 11-04-2023, 09:47



    Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

    İlk oyun günündə iki qarşılaşma baş tutacaq.

    Gecənin ən maraqla gözlənilən matçı İngiltərədə baş tutacaq. “Mançester Siti” öz meydanında Almaniya “Bavariya”sı ilə münasibətlərinə aydınlıq gətirəcək.

    Digər görüşdə isə Portuqaliyada olacaq. Lissabonda “Benfika” İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq.

    UEFA Çempionlar Liqası
    1/4 final, ilk oyunlar
    11 aprel

    23:00. “Mançester Siti” (İngiltərə) - “Bavariya” (Almaniya)
    Mançester, “Etihad” stadionu

    23:00. “Benfika” (Portuqaliya) - “İnter” (İtaliya)
    Lissabon, “Eştadiu du Benfika” stadionu

    1/4 finalın digər iki oyunu aprelin 12-də keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR