AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Niyə demir ki, hökumət Beynəlxalq Bankda məmurlara bağlı iş adamlarının basıb-yediyi kreditləri..." - Palata sədrindən tələb

  • + A
  • - A
  • 24-02-2017, 13:34

    "Niyə demir ki, hökumət Beynəlxalq Bankda məmurlara bağlı iş adamlarının basıb-yediyi kreditləri..." - Palata sədrindən tələb

















    "Azərbaycanda "Maliyyə bazarının tənzimlənməsi və nəzarəti haqqında" qanun layihəsi üzərində aparılan iş başa çatmaq üzrədir"

    Bunu Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının (WB) təşkilatçılığı ilə həyata keçirilən "Maliyyə sektorunun müasirləşdirilməsi Layihəsi"nin II fazasının təqdimatında Palatanın Direktorlar Şurasının (DŞ) sədri Rüfət Aslanlı deyib.

    Onun sözlərinə görə, WB-nin missiyasının Azərbaycana səfəri çərçivəsində layihə ilə bağlı müzakirələr aparılıb: "Bu həftə ərzində qanun layihəsi ilə bağlı gərgin işləmişik, ümid edirəm ki, bu missiya çərçivəsində onu daxili müzakirəyə təqdim edəcəyik”.

    Bundan başqa R.Aslanlı qeyd edib ki, dayanıqsız vəziyyətə düşən bankın lisenziyasının ləğv edilməsindən öncə səhmdarları hesabına sağlamlaşdırılması ilə bağlı qanun layihəsi üzərində də işlər davam etdirilir.

    MBNP sədrinin sözlərinə görə, bu il Azərbaycanın sığorta qanunvericiliyində də dəyişkliklər olacaq: "2016-cı ildə əsasən bank sektorunun stabilləşdirilməsinə yönəlmişdik. Amma bu il sığorta bazarında da əhəmiyyətli təşəbbüslərlə çıxış edəcəyik, qanunvericiliyə dəyişikliklər edəcəyik. Çünki sığorta bazarı da uzunmüddətli yığım və investisiya elementlərini özündə birləşdirir”.

    "Bundan başqa, Azərbaycanda ödəniş sistemlərinin fəaliyyətini tənzimləyəcək qanun layihəsi üzərində də iş gedir. Bu layihə də ilkin olaraq hazırlanıb, bu il onu parlamentə təqdim etməyə çalışacağıq”, - deyə R.Aslanlı qeyd edib.

    Palata rəhbəri həmçinin bildirib ki, 2017-ci ildə qeyri-işlək aktivlərlə bağlı bir sıra qanunlara dəyişiklik edilməsi gözlənilir: "Yəqin ki, müflisləşmə və iflas haqqında, məhkəmə qərarlarının icrası ilə bağlı qanunlara dəyişiklik ediləcək"(report).

    Bu barədə fikirlərini mia.az-la bölüşən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, maliyyə sektoruna nəzarət edənlər reall vəziyyəti dügün dəyərləndirmilər, eləcə də cəmiyyətə yanlış məlumat verirlər:

    "Rüfət Aslanlı deyib ki, problemli kreditlərin həcmi azalıb. Hökumətdə təmsil olunan azsaylı savadlı kadrlardan biridir, amma açıqlamasında nə rəqəmlər var, nə analiz var, nə səbəblər haqqında məlumat var, belə açqlama olmur. Niyə demir ki, hökumət Beynəlxalq Bankda məmurlara bağlı iş adamlarının basıb-yediyi kreditləri silib deyə azalma olub, nədən açıqlamır ki, keçən il bir neçə bank bağlandı, onların kredit portfeli problemli kateqoriyadan formal olaraq çıxarıldı?! Ayıbdı,nə qədər bu ölkədə "dəvəquşu siyasəti" olacaq?! Banklar iflic vəziyyətdədirlər, nə kredit verə bilirlər, nə kreditləri geri ala bilirlər, hamısı böyük bir valyitadəyişmə məntqəsinə dönüb, camaatdan dolları ucuz alıb, baha satmaqla məşğuldular. Banklar ölkə iqtisadiyyatının qan-damar sistemidir, orada problem olanda iqtisadiyyat çalışmır, çarxlar dönmür, problemləri gizlətməkdənsə həll etmək lazımdır, çıxn bu "dəvəquşu modundan".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR