Azərbaycanda elektromobil istehsal olunacaq – FOTO
Naxçıvanda elektriklə işləyən avtomobillər istehsal ediləcək.
Bu barədə “Azərtac”-a Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev bildirib.
Onun sözlərinə görə, artıq bu istiqamətdə NAZ-da hazırlıqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır.
Bundan başqa, zavod “LİFAN minivenlər”inin bazasında təcili tibbi yardım üçün istifadə oluna biləcək avtomobillərin 2019-cu ilin əvvəlində təcrübə-sınaq məqsədilə eksperimental nümunələrinin yığımı da həyata keçiriləcək.
Musa Abdullayev qeyd edib ki, 2010-cu ildən fəaliyyət göstərən zavodda bu günədək 5 mindən çox avtomobil istehsal olunub. Zavodda ilkin olaraq “LİFAN” markalı 4 model avtomobil istehsal olunub və “NAZ-LİFAN” brendi altında satışa çıxarılır. Hazırda ticari avtomobillər də daxil olmaqla, 14 fərqli model istehsal edilir.