Uranın qiyməti son günlərdə artmaqda davam edir. Sentyabr ayı üzrə fyuçerslərin dəyəri son altı ayın ən yüksək səviyyəsinə çatıb.
Ticarət birjalarında qeydə alınan kotirovkalara əsasən, nüvə energetikası üçün mühüm resurs hesab olunan uranın sentyabr fyuçerslərinin qiyməti bir funt üçün 87,25 ABŞ dollarına yüksəlib. Bu, fevralın sonundan bəri ən yüksək göstəricidir. Həmin dövrdə uranın qiyməti təxminən 88 dollar olub.
Qeyd olunur ki, uranın qiyməti son günlərdə yüksəliş nümayiş etdirir. Bundan əvvəl apreldə qeydə alınmış 87,15 dollarlıq maksimum da yenilənib.
Xatırladaq ki, uranın əsas ixracatçısı Qazaxıstandır. Ölkənin payına dünya üzrə uran tədarükünün təxminən 40 faizi düşür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.