Bu ilin yanvar-may aylarında əhalinin sayı 31676 nəfər və ya 0,3 faiz artaraq, 2019-cu il iyunun 1-i vəziyyətinə 10 013 133 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Bu ilin beş ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 254 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək, eyni səviyyədə (13,7) qalıb. Körpələrdən 1238-i əkiz, 36-sı isə üçəm doğulanlardır.
Yanvar-may aylarında ölkədə 24 690 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,0-a düşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.