DİQQƏT!!! Azərbaycanda kredit almaq istəyənlərin işi asanlaşacaq
Azərbaycanda banklar kredit verərkən özəl kredit bürolarının məlumatlarına əsaslanacaq. Riskləri önləmək üçün daha etibarlı məlumatlar hazırlayacaq ilk belə Kredit Bürosu təsis edilib
Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini Asim Zülfüqarov təsis tədbirində bildirib ki, hazırda Mərkəzləşdirilmiş Kredit Reyestrində Azərbaycanda yetkin əhalinin cəmi 36 faizinin kredit tarixçələri cəmlənib.
Yeni büronun yaradılması ilə bu rəqəm xeyli arta və problemli kreditlər azala bilər.
Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova isə yeni özəl maliyyə qurumunun xarici investorlar üçün vacib istinad mənbəyi ola biləcəyinə diqqət çəkib.
Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır.
Kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. (Xəzər tv)