ŞOK!!! Məzənnə 0,7100 manat
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 20-ə olan məzənnəsini açıqlayıb
AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 19-u müqayisədə dəyişməyərək 1,7022 manat olub.
Avro isə manata nisbətən artıb. Avrozonanın vahid valyutası 1,8246 manatdan 1,8260 manatadək bahalaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0303 manatdan 0,0301 manatadək ucuzlaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,4655 manatdan 0,4638 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1833 manatdan 2,1802 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7130 manatdan 0,7100 manatadək azalıb.