Azərbaycanda daha üç bank bağlana bilər - Təcili/Eksklüziv siyahı
Bankların sayının azalması və ya azaldılması məsələsi yenidən gündəmdədir
Öz funksiyalarını tam yerinə yetirə bilməyən banklar var.
Əvvəlki illərdə proqnozlaşdırıldığı kimi, Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq. Araşdırma zamanı məlum olub ki, bu il ərzində “Unibank”, “Nikoil bank”, “Rabitə bank” fəaliyyətini dayandıra bilər.
Təbii ki, prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Son müflisləşən 10 bankda sığortalanmayan əmanətlərin verilməsi ilə bağlı çətinliklər qalmaqdadır.
Adıçəkilən bankların iqtisadi böhran nəticəsində zərərlə üzləşdiyi, bəzi filiallarını bağlamalı olduğu, ixtisarlara getdiyi müşahidə olunur. Azərbaycanın bank sektorunda problemlər davam edir.
Yaxın keçmişdə ölkənin ən perspektivli iş və gəlir yerləri sayılan kommersiya qurumlarında indi kütləvi ixtisarlar, bank şəbəkələrinin bağlanması, göstərilən xidmətlərin məhdudlaşdırılması prosesi gedir.
Bu sektorun tənəzzülə uğraması təbii ki, əsas etibarı ilə neftin ucuzlaşmasından sonra ölkədə yaranan iqtisadi problemlərlə bağlıdır.
Ulus.Az xəbər verir ki, son iki ildə bank sektorunda 6 mindən çox insan iş yerini itirib. Təəssüf ki, bəzi banklarda rəhbər şəxslər çətinlikləri bəhanə edib xərcləri azaltmaq üçün ixtisarlara, özlərinə yaxın qeyri-peşəkar adamları bank strukturlarına yerləşdirməyə çalışır. Bu da hökumətin aparmağa çalışdığı islahatları tormozlamaqla yanaşı narazlıqları alovlandırır.
Bu barədə gununsesi.info yazıb ki, “Nikoil Bank” Səhmdar Kommersiya Bankı da belə neqativ proseslərin cərəyan etdiyi kommersiya təşkilatlarından biridir və bu barədə mətbuatda dəfələrlə yazılıb.
Bankda biznes kreditləşməsi üzrə sanballı mütəxəssislər ixtisar adı ilə məcburi qaydada işdən uzaqlaşdırılır. Onların yerinə bank rəhbərliyinə yaxın, bu sahə üzrə savadsız şəxslər yüksək məvaciblə işlərə cəlb olunur.
Ən əsası uzun müdət işsiz qalan şəxslərə vəzifələr verilir ki, bu da bank sisteminin qaydaları ilə ciddi ziddiyət təşkil edir.
Bankın İnsan Resurslarının İdarəolunması Departamentindən təcrübəli kadrların qovularaq onların yerinə səriştəsiz adamların cəlb olunması ümumiyyətlə dözülməz haldır.