Azərbaycanda işsizlik müavinəti 3 dəfə artırılacaq
“İşsizlikdən sığorta haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunur və bu il qəbul olunması nəzərdə tutulur. Həmin qanunun 2018-ci il yanvarın 1-də qüvvəyə minməsi planlaşdırılır”
Bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi “Avropa sosial xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların mühkəmləndirilməsi” milli parlament seminarında deyib.
O bildirib ki, bu il məşğulluq məsələlərinə, ümumilikdə, 27 milyon manat vəsait ayrılıb: “Azərbaycan Prezidentinin Ehtiyat Fondundan isə 6 milyon manat yönəldilib. Növbəti ildə həmin məbləğ 90 milyon manat olacaq. Birdən-birə 1 il ərzində həmin məbləğin 3 dəfədən çox artırılması nəzərdə tutulub. Bu da özünəməşğulluq proqramlarının tətbiqinə imkan verəcək, işsizlik müavinətinin 3 dəfə artırılmasını stimullaşdıracaq”. (Report)