AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Amrahbank” və “AGBank” niyə audit hesabatını sirr kimi saxlayırlar - Nəyi gizlədirlər?

  • + A
  • - A
  • 3-06-2017, 14:11

    “Amrahbank” və “AGBank” niyə audit hesabatını sirr kimi saxlayırlar - Nəyi gizlədirlər?

















    "Banklar haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, banklar audit hesabatlarını may ayının 31-nə qədər açıqlamalıdırlar.

    Buna baxmayaraq 13 bank hələ də hesabatlarını ictimaiyyətə təqdim etməyiblər.

    "Amrahbank” və "AGBank” gecikmə ilə bağlı açıqlama yayıblar.

    "Amrahbank” ASC-nin açıqlamasında bildirilir ki, bank audit hesabatını texniki səbəblərdən açıqlaya bilməyib və yaxın günlərdə hesabat ictimaiyyətin diqqətinə çatdırılacaq.

    "Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, bank kənar audit tərəfindən təsdiqlənmiş maliyyə hesabatını maliyyə ilinin başa çatmasından sonra beş ay müddətində KİV-də dərc etməlidir. Kənar audit tərəfindən aparılan beynəlxalq audit yoxlamasında müəyyən texniki səbəblərdən gecikmə baş verib. Buna görə audit hesabatının vaxtında dərc edilməsi mümkün olmayıb. Artıq "AGBank”ın illik fəaliyyətinin beynəlxalq auditi yekunlaşmaq üzrədir. Yaxın günlərdə bu hesabat həm KİV-də dərc ediləcək, həm də bankın rəsmi internet səhifəsində yerləşdiriləcək” - "AGBank”ın açıqlamasında deyilir.


    marja.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR